mobil versiya

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - temperatur 13-18 dərəcə enəcək


Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Reportyor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.



KARUSEL / ÖLKƏ
Tarix: 18-03-2025, 15:27