mobil versiya

Küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb - Faktiki hava




Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-u saat 8:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.

Reportyor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.

KARUSEL / ÖLKƏ
Tarix: 9-04-2025, 09:49