Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə məruz qalıb

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Reportyor.az xəbər verir ki, bu barədə müdafiə nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
KARUSEL / ÖLKƏ
Tarix: 11-04-2025, 08:51