mobil versiya

Sabah 27 dərəcə isti olacaq





Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinə əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 20-24° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-70, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 22-27° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacağı bildirilir.

KARUSEL / ÖLKƏ
Tarix: 21-04-2025, 13:28