Bəzi çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.
Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avtomat hidroloji stansiyaların aprelin 29-u saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.
KARUSEL / ÖLKƏ
Tarix: 29-04-2025, 09:38