Ötən həftə azad olunan ərazilərdə daha 160 mina aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.06.2025-16.06.2025) məlumat açıqlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29 tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib, 1258.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
KARUSEL / ÖLKƏ
Tarix: 17-06-2025, 13:38