mobil versiya

Sabah 40 dərəcə isti olacaq





İyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Reportyor.az xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq.


Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 36-40, dağlarda gecə 11-16, gündüz 28-33 dərəcə isti olacağı ehtimal edilir.

Reportyor.az





KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 14:15