mobil versiya

İsrail səfiri Qubanın Qırmızı qəsəbəsinin qədim küçələri ilə tanış olub






Qubanın Qırmızı Qəsəbəsinə səfəri çərçivəsində yeni təyin olunmuş səfir Ronen Kraus qəsəbənin qədim küçələrində gəzərək yerli yəhudi icmasının üzvləri ilə görüşüb, sinaqoqda səmimi söhbətlər aparıb.

Reportyor.az xəbər verir ki, bu barədə İsrail Dövlətinin ölkəmizdəki səfirliyi sosial şəbəkədə məlumat yayıb.

O, illər öncə Bakıda səfir müavini olduğu dövrdə birgə çalışdığı Qırmızı Qəsəbə yəhudi icmasının sabiq sədri cənab Boris Simanduyevlə də görüşərək köhnə dostluğu və xoş xatirələri bölüşüb.


Səfir, mərhum Yevda Abramovun məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad edib, Dağ Yəhudiləri Muzeyinə baxış keçirib və Qırmızı Qəsəbəni Qubanın müsəlmanlarım yaşadığı hissə ilə birləşdirən Qudyalçay üzərindəki tarixi tağ körpüdə dayanıb. Bu körpü əsrlər boyu Azərbaycanda mövcud olmuş harmoniya, qarşılıqlı hörmət və birgəyaşayış ənənəsinin rəmzidir.

Bildirilir ki, Qubaya ilk səfər İsrail, Azərbaycan və əsrlərdir burada yaşayan yəhudi icması arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən önəmli bir addım oldu.

Reportyor.az







KARUSEL / ÖLKƏ
Tarix: 11-08-2025, 14:42