Bəzi dağlıq ərazilərdə yollar buz bağlanacaq - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.
Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 15-12-2025, 14:00



























