Hava ilə bağlı xəbərdarlıq edilib
Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 8-01-2026, 16:42



























