mobil versiya

Havanın temperaturu 5-8 dərəcəyə enəcək - Xəbərdarlıq


Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O deyib ki, həmin müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi proqnozlaşdırılır.
“Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”, - deyə o vurğulayıb. (Azərtac)


Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: 15-01-2026, 15:32