Fransa Kiprə pilotsuz təyyarə əleyhinə sistemlər göndərəcək

Adadakı Britaniya hava bazasına dronlar hücum etdikdən sonra Fransa Kiprə raket əleyhinə və pilotsuz təyyarə əleyhinə sistemlər göndərməyi planlaşdırır.
Bu barədə Kipr Xəbər Agentliyi (CNA) bildirib.
CNA-nın məlumatına görə, Fransa raket əleyhinə və pilotsuz təyyarə əleyhinə sistemlər, eləcə də freqat göndərəcək. Məlumata görə, Fransa prezidenti Emmanuel Makron bu niyyəti çərşənbə axşamı səhər Kipr prezidenti Nikos Xristodulidesə çatdırıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 3-03-2026, 15:24



























