mobil versiya

Naxçıvandan daxili və xarici istiqamətlərə olan aviareyslər müvəqqəti dayandırılıb



Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.

Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.
Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.


Reportyor.az 
KARUSEL / ÖLKƏ
Tarix: 5-03-2026, 17:00