Havanın temperaturu 5-8 dərəcə enəcək - Xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 6-03-2026, 16:37



























