mobil versiya

Yağışlı hava nə vaxta kimi davam edəcək?



Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin aprelin 7-si axşamadək davam edəcəyi gözlənilir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın 390%-ni təşkil edir.

Reportyor.az 
KARUSEL / ÖLKƏ
Tarix: 6-04-2026, 11:28