İyul ayına olan hava proqnozu

Ayın ilk günündə ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Sonrakı iki-üç gün ərzində isə hava şəraitinin mülayim, əksər rayonlarda gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 21-26°C, gündüzlər 29-34°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 36-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 2-3 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25°C, gündüzlər 30-35°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-16 mm) gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-23°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-72 mm).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-36 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 30-35°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-39°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 10-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-24°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 26-31°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 34-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 9-118 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25°C, gündüzlər 30-35°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 38-42°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 3-22 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 25-27°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 26-31°C, bəzi günlərdə 33-37°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-33 mm).
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 16:29


























