mobil versiya

Ölümlə üz-üzə qalan xalq artistimiz Türkiyəyə aparılır - AÇIQLAMA



Xalq artisti Naibə Allahverdiyeva müalicə olunması üçün Türkiyəyə aparılır.

Reportyor.az lent.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa vəziyyətini yaxşı olmadığını bildirib:

“Azərbaycanda bir çox həkimlərə müraciət elədim. Hərəsi bir xəstəliyin adını çəkdi. Tomoqrafiya etdirdim, yenə də başları çıxmadı. Bilirsiniz, nə qədər pulum çıxdı? Dərmanlara və müayinələrə verdiyim pulları saysam, şoka düşərsiniz. Azərbaycanda olan həkimlər məni qorxutdu. Konkret hansı xəstəlikdən əziyyət çəkdiyimi demədilər. Əvəzində 2 dəfə ölümlə üz-üzə qaldım. Bir həkim sistem vurdu, elə sistemin altında ölürdüm. Güclə ayıldım, Bunu mətbuata açıqladım. Amma sonra yenidən başqa həkimə getdim. O, dərman yazdı, dərmanı içəndən sonra rəsmən ölürdüm. Allaha çox şükür ki, sağ qaldım. Bir sözlə həkimlərin səriştəsizliyinin qurbanı oldum. Ona görə də müayinələrimi yığıb Türkiyəyə göndərdim. Oradan cavab gəldi ki, gəlsin, yenidən yoxlayaq və konkret cavab deyək. Bu gün saat 16:00-da Türkiyəyə gedəcəm. Ümid edirəm ki, yaxşı olaram”.

Qeyd edək ki, N.Allahverdiyeva bundan əvvəl mediaya açıqlamasında bu sözləri demişdi: "Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".

Həkim aktrisaya vurulan iynənin vaxtıkeçmiş olduğunu bildirib.


KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 10-09-2019, 16:29