mobil versiya

Qadını əzən “BakuBus” sürücüsündən qəribə hərəkətlər



Bu gün səhər saatlarından Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində, Nərimanov Məhkəməsi ilə üz-üzə dayanacaqda insident baş verib.

Bu barədə hadisə şahidi Elyar İslam bildirib. Onun sözlərinə görə, 2 saylı “BakuBus” avtobusunda sürücünün səhlənkarlığı üzündən bir qadın xəsarət alıb.

“Bu gün saat təxminən 09:10-da Nərimanov rayonu Ağa Nemətulla küçəsində, Nərimanov Məhkəməsi ilə üz-üzə dayanacaqda sərnişinlər hamısı 2 nömrəli avtobusa minməmiş sürücü qapıları bağladı.

Nəticədə avtobusa minmək istəyən bir qadının qol və sinə hissəsi qapının arasında qaldı.

Qadın yol kənarında oturub ağrıdan ağlamağa başladı.

Sizin qəhrəman sürücünüz isə düşüb yardım etmək, nə olduğunu soruşmaq əvəzinə "artistlik edir, bizim qapılarımız əzmir, yalandan belə edir" deməklə insanlığını (əslində isə heyvanlığını) göstərdi.

Çünki, qadın bədəni zərifdir, xüsusilə də sinə hissə tez əzilə bilir.

Avtobusdakı sərnişinlərin iradından sonra sürücünüz yerə düşdü, amma yenə də artistliyindən qalmadı. Gah özü qapının arasında dayanıb, qapıları bağladı, guya qapının əzməyəcəyini sübut edirdi, gah da sərnişinlərin içindən özünə müdafiəçi axtardı ki, qadın artistlik edir.

Hadisənin qalanını kameradan izləyərsiniz. Bir daha şahid oldum ki, oradakı sərnişinlərin də çoxunun insanlığı yoxdur. Görünür yediyimiz qidalara nəsə qatır, genefondumuzu zədələyirlər.
Hansısa sərnişinin yalandan ya doğrudan əzilməsini sonrakı araşdırmalarla, həkim müayinəsi zamanı təyin etmək olar. Sürücülərinizin üzərinə düşən vəzifə həmin anda təcili tibbi yardım çantasını götürərək, sərnişinə yardım etmək olmalıdır.

Uzun sözün qısası, 2 nömrəli avtobusla bağlı interval, gecikmə və digər problemləri həll edin, daha səbrimiz qalmayıb”.

Məsələyə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də münasibət bildirib. Qurum rəsmisi bildirib ki, məsələ nəzarətə götürülüb, hadisə müvafiq qaydada araşdırılacaq.//baku.ws


KARUSEL / HADİSƏ / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 11-09-2019, 13:59