mobil versiya

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı "Rusiya Enerji Həftəsi"nə dəvət edib



Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı oktyabrın 2-dən 5-dək Moskvada keçiriləcək "Rusiya Enerji Həftəsi" beynəlxalq forumuna dəvət edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə V.Putin Ankarada R.T.Ərdoğanla görüşü zamanı açıqlama verib.

Qeyd edək ki, V.Putin Türkiyə, İran, Rusiya arasında Suriyadakı münaqişəyə dair üçtərəfli zirvə görüşündə iştirak etmək üçün Ankarada səfərdədir.

KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 16-09-2019, 20:58