Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülüb? - ŞOK İDDİA
Ermənistan parlamentində təmsil olunan "Parlaq Ermənistan" fraksiyasının deputatı Armen Yeqiyazaryan 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsi məsələsi ilə bağlı ölkənin Milli Təhlükəsizlik Xidmətinə rəsmi sorğu göndərib.
Ermənistan mətbuatı xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti deputatın sorğusuna cavab verib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin cavabında bildirilib ki, 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsilə bağlı onlarda heç bir məlumat yoxdur. Milli Təhlükəsizlik Xidmətinin cavab məktubunda millət vəkilinə tövsiyə olunur ki, o bu məsələ ilə bağlı Mərkəzi Banka müraciət etsin.
Qeyd edək ki, "Parlaq Ermənistan" fraksiyasının deputatı Armen Yeqiyazaryan iddia edir ki, Dünya Bankının 2019-cu ildə açıqladığı hesabatda Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülməsi barədə məlumat olub. İddia olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə isə 211 milyon dollar köçürülüb. Həmin hesabatda 2018-ci ildə Rusiyadan Ermənisttana 800 milyon dollar köçürüldyü də qeyd olunub.
//Yeniavaz.com
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 14-04-2021, 12:06