İlham Əliyev və Vladimir Putin telefonla danışdı, sərhəddəki gərginlik müzakirə edildi
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.
"Danışıq zamanı Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş verən insidentə diqqət yetirilib. Bu problemin həllinin yalnız siyasi-diplomatik vasitələrlə nizamlanması qeyd olunub.
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə Rusiyadan göndərilən vaksinə görə səmimi təşəkkürünü bildirib. Danışıq zamanı ikitərəfli münasibətin bütün aspektləri müzakirə olunub.
Bundan başqa, ikitərəfli əməkdaşlığın bütün aspektləri müzakirə mövzusu olub. Bildirilib ki, bu məsələyə hökumətlər və nazirliklər səviyyəsində intensiv əlaqələrin yaradılması töhfə verəcək", - deyə yayılan məluatda bildirilir.
MANŞET / SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 19-05-2021, 21:23