mobil versiya

MN: Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozub



.
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə REPORTYOR.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.


MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 27-05-2021, 13:31