mobil versiya

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub




Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.

Bu barədə REPORTYOR.AZ-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 1-11-2020, 09:30