Laçının işğaldan azad olunmasından 1 il ötür
Bu gün Laçın rayonun erməni işğalından azad edilməsindən 1 il ötür.
REPORTYOR.AZ xəbər verir ki, noybarın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb.
Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı 44 gün ərzində apardığı uğurlu əməliyyat nəticəsində 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilən rayon döyüşsüz Azərbaycana təhvil verilib.
Laçın rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.
İşğal ilə əlaqədar rayona 7,1 mlrd. dolları dəyərində ziyan dəyib.
MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 1-12-2021, 08:00