mobil versiya

Dünən təyin edilən icra başçısından İLK TAPŞIRIQ: 15 illik problemi BİR GÜNDƏ HƏLL ETDİ


Yevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib.

Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev bununla bağlı tapşırıq verib.

Xatırladaq ki, həmin yol Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir.

Rayon sakinləri Trend-ə bildirib ki, 15 ildir bağlı olan yol avtomobillərin şəhərin mərkəzi ilə hərəkətinə çətinlik yaradırdı.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 1-11-2019, 21:04