mobil versiya

Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Bakıya gətirilib


Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb, şərti sərhədi keçdiyi üçün Ermənistan tərəfindən saxlanılan Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Azərbaycana qaytarılıb.
Ruslanı gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.
Ruslanın ilk görüntülərini təqdim edirik:

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı. Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirmişdi.
Pənahov Ruslan Eldəniz oğlu haqqında Ermənistan İstintaq Komitəsi tərəfindən "təxribata cəhd", "qanunsuz silah-sursat saxlama", "irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd" maddələri ilə cinayət işi açılsa da, sonradan İrəvan Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçu Ruslan Pənahovun tez bir zamanda Azərbaycana təhvil verilməsinə qərar verib.



MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 5-03-2024, 15:49