mobil versiya

Ermənistana keçən əsgərin taleyi necə olacaq? – Erməni deputat açıqladı



“Tezliklə İstintaq Komitəsi (sərhədi keçən azərbaycanlı əsgərə qarşı) hansı maddələrin olacağı ilə bağlı açıqlama verəcək. Milli Təhlükəsizlik Xidməti artıq öz açıqlamasını verib və gün ərzində məlumat veriləcək. Azərbaycan inkar etmir ki, söhbət bir nəfərdən gedir, ikinci şəxs olmayıb”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri, hakim partiyadan olan deputat Andranik Koçaryan yerli mətbuata açıqlamasında deyib.

Koçaryan qeyd edib ki, azərbaycanlı əsgərə qarşı irəli sürüləcək maddədən asılı olaraq onun Azərbaycana qaytarılıb-qaytarılmayacağı bəlli olacaq: “Bundan sonra bizim Azərbaycan tərəfi ilə danışmaq imkanımız olacaq. Bizim də əsirlərimiz var. Mübahisə doğuran əvvəlki iş adam öldürülməsi ilə əlaqədar olsa da, əsir mübadiləsi ilə bağlı onun hüquqi həllini gördük”.

O, silahlı azərbaycanlının sərhədi necə keçə bildiyi barədə suala cavab verərkən deyib: “Müdafiə xətlərimiz arasında çoxlu sahələr var ki, istəsəniz keçə bilərsiniz…”

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
KARUSEL / GÜNDƏM
Tarix: 28-02-2024, 16:54