İş günü ilə istirahət gününün yerləri dəyişdirildi

Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.
Reportyor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iyunun 21-i (şənbə) iş günüdür. Beləliklə, iyunun 26-sı, 27-si, 28-i və 29-u ardıcıl qeyri-iş günü olacaq.
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 4-06-2025, 15:38