mobil versiya

Bakıda məşhur jurnalistin adından istifadə edib ağacları kəsdilər - FOTOLAR, VİDEO




Bakının Xətai rayonunda qanunsuz ağac kəsilməsi ilə bağlı REPORTYOR.AZ-a şikayət daxil olub.


Ətrafda yaşayan sakinlərin bildirdiyinə görə, Heydər Əliyev adına Ali Hərbi Məktəblə üzbəüz ərazidə yerləşən və 30-40 ilə yaxın yaşı olan ağaclar qanunsuz olaraq kəsilib. Şikayətçilər bildirirlər ki, özünü Razim kimi təqdim edən şəxs 60-70-ci illərdə əkilən küknar, şam ağaclarını kəsərək ərazidə kafe tikmək istəyir. Ən maraqlı məqam isə ondadır ki, bu şəxs məşhur jurnalist Aytən Səfərovanın adından istifadə edərək bu qanunsuz əməli törədir. Onlar bundan başqa bildiriblər ki, ağacların kəsilməsini 2 nömrəli MKİS-in rəisi Əhədov Rizvanla razılşadırıblar.

Sakinlər qeyd ediblər ki, artıq baş vermiş əməllə bağlı Ekologiya Nazirliyinin qaynar xəttinə məlumat veriblər.

Ərazidən çəkilmiş video və fotogörüntüləri təqdim edirik: 













MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 9-09-2020, 16:01