36 azərbaycanlıdan alman polisinə şikayət olunub
2018 və 2019 -cu ilin ilk 6 ayı ərzində 36 Azərbaycan vətəndaşı haqqında Almaniyanın hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, şikayət edənlərin əksəriyyəti Şimali Reyn Vestfaliya, Bavariya federal ərazilərində yaşayan həmvətənimiz olub.
“Bizdə olan məlumata görə, həmin şikayətlər əsasında ayrı-ayrı faktlar üzrə cinayət işi başlanılıb. 16 nəfərin yaşayış yerində axtarış aparılıb. Həmin şəxslərdən 3-nün yaşayış yerindən başqa şəxslərə məxsus olan pasportlar ve şəxsiyyətini təsdiq edən digər sənədlər aşkar edilərək götürülüb. Şikayətlər üzrə yalnız bir halda iş baxılması üçün məhkəməyə göndərilib, əksər hallarda isə cinayət işinə xitam verilib. 9 hal üzrə isə araşdırma davam edir. Edilmiş şikayətlər əsasında bir nəfər həbs, daha bir nəfər isə deportasiya edilib” – deyə mərkəzdən bildirilib.
Məlumatda həmçinin deyilir ki, şikayətçilər arasında Azərbaycanın hüquq mühafizə orqanları ilə əməkdaşlıq edən şəxslər də var.
Şikayətlərdən 19-ü ailə münaqişəsi, 7-si həmvətənlərimizin qanunsuz fəaliyyətləri, 2-si qanunsuz status verilməsi, 2-si isə qanunsuz zor tətbiq etmə ilə bağlı olub. Digər şikayətlərin məzmununu dəqiqləşdirmək mümkün olmayıb.
KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 10-10-2019, 23:12