mobil versiya

FHN dağlıq ərazidə köməksiz qalmış şəxsi xilas edib


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin Quba rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.

HADİSƏ / ÖLKƏ
Tarix: 20-08-2019, 11:59