mobil versiya

Yüzlərlə transgender cinsiyyətini dəyişdiyi üçün peşman olub



Böyük Britaniyada yüzlərlə transgender olan gənc əvvəlki cinsiyyətlərinə qayıtmaq istəyirlər. 

BAKU.WS
xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. 

Kanala açıqlama verən gənc transgenderlərdən biri etiraf edib ki, 10 il ərzində özünü kişi hesab etsə də, sonradan qadın olmağa qərar verib. 

Üzləşdiyi oxşar problemdən yüzlərlə gəncin əziyyət çəkdiyini deyən Çarli Evans adlı şəxs hazırda həmin gənclərə də kömək etməyə çalışdığını bildirib:

"Mən cinsiyyətini bütünüklə dəyişən 19 və 20 yaşlı gənclərlə ünsiyyət saxlayıram və onlar buna görə peşmandırlar. Onlar cinsiyyətlərini dəyişdikdən sonra özlərini heç də yaxşı hiss etmirlər və hazırda hansı variantlara malik olduqlarını bilmirlər".
MARAQLI / DÜNYA / HADİSƏ
Tarix: 7-10-2019, 14:00