Kraliça hər gün bu qidaları yeyirdi - Keçmiş aşpazından şok açıqlamalar
Bir neçə gün öncə 96 yaşında vəfat edən Böyük Britaniya kraliçası II Elizabetlə bağlı ən çox maraq oyandıran məsələlərdən biri də onun qidalanma rejimi idi.
Bildirilir ki, kraliçanın anası da uzun ömürlü olub – o, 100 yaşında vəfat edib. Yəni kraliça genetika baxımından da şanslı idi. Ancaq onun həmyaşıdlarından daha sağlam görünməsinin əsas səbəblərindən biri qidalanma tərzi olub.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, kraliçanın keçmiş şəxsi aşpazı Darren Makqredi onun sirrlərini açıb.
Aşpazın sözlərinə görə, II Elizabetin uşaqlığından bəri hər gün mürəbbə yeyib. İlk dəfə uşaq vaxtı bağçada mürəbbənin dadına baxan II Elizabet ömrü boyu bu daddan əl çəkə bilməyib. Kraliça, xüsusilə də Balmoral qəsrinin ərazisində yetişən çiyələklərdən hazırlanan mürəbbəyə üstünlük verirdi.
Aşpaz bildirir ki, hər gün günorta saatlarında kraliçaya metal pul böyüklüyündə kəsilmiş mürəbbəli sendviç və çay sevis olunub. Çox vaxt həmin sendviçə yağ və ya qaymaq da əlavə edilirdi.
15 il kraliçaya xidmət göstərən Makqredi kraliçanın təzə çiyələk sevdiyini də vurğulayıb. Onun sözlərinə görə, kraliça çiyələk mövsümündə hər gecə bu meyvədən yeyirdi.
Aşpaz saray mətbəxinin sirrlərindən özünün qələmə aldığı “Eating Royally: Recipes and Remembrances from a Palace Kitchen” adlı kitabda da bəhs edib. Kitabda yer alan məlumata görə, kraliça gündə 4 dəfə yemək yeyirdi: səhər yeməyi, nahar, axşam yeməyindən öncə sendviçlə çay fasiləsi və axşam yeməyi. Ancaq kraliça hər şeydən az-az yeməyə üstünlük verirdi.
Kraliçanın dadını belə bilmədiyi tək yemək isə pizza idi. O, heç vaxt pizza yeməyib. II Elizabet şokoladlı keksi və qara şokoladı çox sevirdi.
Aşpazın sözlərinə görə, ülyahəzrət sağlamlığına xüsusi diqqət etsə də, heç vaxt yeməklərin kalorisini hesablamayıb.
MARAQLI
Tarix: 12-09-2022, 12:37