mobil versiya

Eyni "WhatsApp" hesabı 4 fərqli smartfonda istifadə edilə bilər


"WhatsApp"-ın yeni funksiyası sınaq üçün istifadəyə verilib.
Trend-in məlumatına görə, bu funksiya istifadəçilərə "WhatsApp" hesabını eyni vaxtda 4 smartfonla əlaqələndirməyə imkan verir. Əlavə edilmiş yeni cihazlar avtomatik olaraq sinxronlaşdırılacaq ki, istifadəçi heç bir mesajı qaçırmasın.

Yeni funksiyadan necə istifadə etmək olar?
1) "WhatsApp"-ı ikinci cihaza quraşdırın və əsas ekrana keçin .
2) " Cihazı birləşdirin " üzərinə toxunun.
3) Əsas cihaza keçin və " Qoşulmuş Cihazlar " menyusuna daxil olun.
4) Əsas cihazda " Cihazı birləşdirin " üzərinə klikləyin .
5) Əsas cihazdakı ikinci cihazda görünən QR kodunu skan edin .
Hazırda bu funksiya yalnız "WhatsApp"-ın beta versiyasında mövcuddur.

MARAQLI / KARUSEL
Tarix: 14-04-2023, 16:01