mobil versiya

Zirəddin Rzayevin həyat yoldaşı ilk dəfə onun haqqında danışdı - VİDEO



"Zirəddin məni həyata qaytardı. Heç kimin bacarmadığını bacardı. Ona möcüzə kimi baxırdım". Bu sözləri Rusiyada yaşayıb fəaliyyət göstərən Zirəddin Rzayevin həyat yoldaşı deyib.

"Xoşqədəmli bir gün" Youtube layihəsi məşhur ekstrasensin Moskvadakı evində qonaq olub.

Zirəddin bəyin xanımı necə tanış olduqlarından danışıb və onun haqqında açıqlamalar verib. 

Ekstrasensin xanımı onun gözəl həyat yoldaşı və ata olduğunu bildirib:

"Zirəddin çox gözəl atadır. Elə bir insandır ki, öz qızlarıma onun kimi həyat yoldaşı arzu edirəm".

Qeyd edək ki, Zirəddinin xanımının səhhətində ciddi problem olub və ekstrasens onu aylarla müalicə edib. Müalicəni ərəfəsində ikilinin arasında sevgi yaranıb və evləniblər. Hazırda cütlüyün iki qızı və bir oğlu var.

Daha ərtaflı aşağıda təqdim etdiyimiz videoda izləyə bilərsiz: 


MARAQLI / KARUSEL / VİDEOXƏBƏR
Tarix: 25-11-2019, 12:30