Rəşad Atakişiyevin həyat yoldaşı "Təəssüf ki, xəyallarımız baş tutmadı"
“Rəşadın iki gül balası qaldı. Onlar onun yolunu davam etdirəcəklər”. APA -nın xəbərinə görə, bunu bu gün dəfn olunan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova bildirib.
Onun sözlərinə görə, Rəşadın məğrurluğu, şücaəti güvən verirdi ki, o, sağ-salamat evə, övladlarının yanına qayıdacaq: “Ancaq təəssüf ki, xəyallarımız baş tutmadı".
O bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi. "Həyat yoldaşım pak hislərlə yaşayırdı. Balalarım onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".
Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti onun bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".
MANŞET / KARUSEL / ÖLKƏ / CƏMİYYƏT

Tarix: 21-08-2019, 13:24