Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapıldı
Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb. Pilotun qayınatası Qabil Hüseynli bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb. Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.
Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Allah rəhmət eləsin!
MANŞET / GÜNDƏM / HADİSƏ

Tarix: 20-08-2019, 12:21