mobil versiya

"WhatsApp"da yeni fayl paylaşma funksiyası



"WhatsApp"da fayl paylaşma funksiyası istifadəyə verilib.
Funksiya "AirDrop" və ya "Nearby Share" ilə oxşar olacaq.
Funksiya tam istifadəyə verildikdə istifadəçilər yaxınlıqdakı hər kəsə fayl göndərə biləcəklər. Faylı alacaq olan şəxs sorğunu aktivləşdirmək üçün sadəcə olaraq cihazını silkələməlidir.
Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir
MARAQLI / KARUSEL
Tarix: 24-01-2024, 14:38