mobil versiya

Yaponların məşhur Obon festivalı haqda nə bilirik?




Sabahdan başlayaraq Yaponiyanın bir sıra böyük şəhərlərində məşhur Obon festivalının keçiriləcək.
Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə məlumat yayıb.
Obon festivalı hər il keçirilən və yaponların öz əcdadlarının ruhunu yad etdiyi vacib bayramlardan biridir. Bu zamanda ailələr bir araya gəlir, dünyasını dəyişmiş qohum və yaxınlarının qəbirlərini ziyarət edirlər. Bu il Obon festivalı 13-15 avqust tarixləri arasında keçirilir. Lakin, Yaponiyanın bəzi regionlarında (Okinava, Tohoku regionları, Aomori Prefekturası) iyul ayına təsadüf edir.

İnanca görə, Obon zamanı yaxınların ruhları öz evlərini ziyarət edir və məhz buna görə bir çox ailələr onların yolunu işıqlandırmaq üçün kağız fənərlər asır və ya bayramın ilk günündə onların məzarlarını ziyarətə gedirlər. Məzar ziyarəti zamanı ailələr yaxınlarının qəbirlərini təmizləyir, səliqəyə salırlar. 
Obon festivalı öz məxsusi Bon rəqsi ilə də məşhurdur. Bu rəqsin stili müxtəlif regionlarda fərqli olsa da, vadaiko zərb alətlərinin ritmləri üzərində qurulur. Festival zamanı açıq havada bütün rəqs edən insanlar, ailələr ənənəvi yay geyimi olan yukata geyinir və böyük sıralarla sinxron şəkildə rəqs edirlər. 
Bu zamanlarda Yaponiyada daxili və xarici turistlərin də sayı artır, küçələrdə və ictimai yerlərdə sıxlıq artır. 


MARAQLI / KARUSEL
Tarix: 12-08-2024, 16:48