mobil versiya

Sunamiyə düşən maşınlar ölkəmizə gətirilir - Ucuz qiymətə / VİDEO




Hər il orta hesabla Azərbaycana 40 min avtomobil gətirilir ki, onların da böyük əksəriyyəti ikinci əl maşınlardır. İddaialar görə, bu maşınların da içərisində müəyyən bir hissə maşınlar var ki, sunami nəticəsində sulara düşmüş, sonradan çıxarılıb təmir olunanlardır.

REPORTYOR.AZ xəbər verir ki ,məsələnin əhəmiyyətini nəzərə alaraq ARB TV-nin “Günə doğru” verilişi maraqlı sujet hazırlayıb.

Məlumata görə, belə avtomobillər ABŞ, Yaponiya istehsalı və ya orda idarəolunan maşınlardır. Həmin maşınlara bir az “əl gəzirib” iqtisadi cəhətədən orta və zəif ölkələrə göndərilir. Mütəxəsisslər deyir ki, belə avtomobilləri müəyyən etmək asandır.

Eldəniz Cəfərov – Ekspert: “Atıq bizim vətəndaşlarımız da avtomobilin VİN kodunu daxil edərək, o avtomobilin haradan gəldiyini, marşrutunu, hansı hadisələr keçirdiyini öyərənə bilər”.

Avtomobil ekspertləri deyir ki, belə avtomobillər interyer və eksteryer baxımdan yaxşı təmir olunsa da, əsas və aparıcı hissələrdə problemlər özünü biruzə verə bilər.

Əfqan Səlimov - Mütəxəssis: “Mühərrikdə problemlər ola bilər, naqillər sonradan qurulduğundan alışmaya meyilli ola bilər. Sürət qutusunda sonradan atmalar ola bilər. Sonradan müəyyən hissələrində çürümə də baş verir”.

Bazarı araşdıran mütəxəssislər deyir ki, hazırda Azərbaycana belə avtomobillərin gəlməsi ilə bağlı məlumat demək olar ki, mövcudd deyil. Amma keçmiş illərdə sudan çıxarılıb sonradan bir neçə əl dəyişib ölkəmizə gələn maşınların olması labüddür.

Eldəniz Cəfərov – Ekspert: “Bu maşınların sayı 0,1-0.2 faizi bazara çıxarılır. Lakin belə avtomobillər 5 ildə, 10 ildə bir dəfə baş verir, çünki sunamidə hər il olan deyil. O maşınların da çox az bir hissəsi Azərbayacan gəlib çatır”.

Mütəxəssislər deyir ki, istənilən halda, avtomobil almaq istəyən vətəndaş yaxşı olar ki, həmin maşını almazdan öncə texniki servislərdə yoxlamadan keçirsin.



MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 6-02-2020, 19:18