İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REPORTYOR.AZ-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.
Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlqı ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.
Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.
SAĞLAMLIQ / KARUSEL / ÖLKƏ
Tarix: 14-12-2019, 14:00