Bu xəstəliyi olan şəxslərin kreditləri sığorta olunmayacaqƏ
“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” təsdiq edilib.
Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.
Qeyd edilib ki, bu qaydaya əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid olan “həyatın ölüm halından sığorta” və “əmək qabiliyyətinin itirilməsi hallarından sığortaya” aid edilir.
Bu qaydaya görə sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir. Eyni zamanda 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar, narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər, Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr sığorta predmeti hesab edilmir.
Bildirilib ki, sığorta müqaviləsi sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə əsasında bağlanır. İstehlak krediti üzrə sığortalanma zamanı sığorta müqaviləsi sığortalanma haqqında ərizə olmadan da bağlanıla bilər.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 31-05-2024, 10:50