mobil versiya

Qubada yük avtomobilindən alma yeşikləri yola dağılıb



Quba-Xaçmaz yolunda hərəkətdə olan yük avtomobilindən almalar yola dağılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola dağılıb.

Hadisəyə səbəb yük avtomobilinin yük yerinin örtük hissəsinin (tent) cırılması olub.
SON XƏBƏR / KARUSEL
Tarix: 8-03-2021, 18:45