Azərbaycanda dəhşətli qəzada ölən Günay və Oksananın FOTOları
Bakı-Quba-Rusiya sərhədi yolunun 78-ci km-də ağır yol qəzasında ölən qadınların görüntüləri ortaya çıxıb.
REPORTYOR.AZ İstiPress-ə istinadla xəbər verir ki, "KamAZ"markalı avtomobillə "VAZ 21014" markalı avtomaşının toqquşması nəticəsində sürücü Hümbət Savalanov və sərnişinləri-Günay Şakir qızı Savalanova, Oksana Gülağa qızı Əliyeva müxtəlif ağır xəsarət alıb. Onlar Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq "Jiquli"nin sürücüsünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və Xaçmazın Yeni həyat qəsəbə sakini, Oksana Gülağa qızı Əliyevanı xilas etmək mümkün olmayıb. Sürücü Hümbət Savalanovun da vəziyyətinin olduqca kritik olduğu deyilir.
Əldə etdiyimiz məlumata görə, ağır qəzaya "KamAZ" sürücüsü Rəhim Rəhimovun diqqətsizliyi səbəb olub. Belə ki, yük maşını yolun sağındakı kərpic zavoddan magistral yola çıxaraq dəmir çəpərdən keçməklə Bakı istiqamətinə dönmək istəyib. Bu zaman Bakı istiqamətindən gələn "Jiquli" arxadan ona çırpılıb.
Qəzada həlak olan qadınlar - Günay Savalanova və Oksana Əliyeva Xaçmaz şəhərindəki gözəllik salonlarının birində işləyirlərmiş.
Qeyd edək ki, bu, noyabr ayında Quba yolunda baş verən 2-ci ağır qəzadır. Noyabr ayında Siyəzən ərazisində "Mercedes"lə "Lada Kalina"nın toqquşması nəticəsində 4 nəfər ölmüşdü. Quba yolunun Xızı ərazisində piyada ölümü də noyabr ayında qeydə alınıb.
SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 19-11-2019, 15:00