mobil versiya

Sudanda silahlı toqquşmalar baş verib, xeyli sayda ölən var




Sudanın Əl Cünəynəh şəhərində baş verən silahlı toqquşmalar zamanı azı 18 nəfər ölüb, 54 nəfər yaralanıb.

“Report” “Al Sudani”yə istinadən xəbər verir ki, şənbə günü başlayan iğtişaşlar zamanı kriminal dəstə təcili yardım avtomobilinə hücum edib, sürücü və həkimlər yaralanıb, bütün tibbi ləvazimat isə qəsb edilib.

Silahlı dəstələr xəstəxanalara, dövlət idarələrinə hücum ediblər.

Qeyd edək ki, yanvar ayında şəhərdə ərəblərlə məsali xalqı arasında məişət zəminində başlamış milli ədavət bir neçə gün davam etmiş, 50-dən artıq sakin öldürülmüş, yüzlərlə sakin isə didərgin düşmüşdü.


SON XƏBƏR / KARUSEL
Tarix: 5-04-2021, 16:53