mobil versiya

Qarabağda erməni hərbçilərin meyitlərinin qalıqları tapıldı




Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu gün aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində məhv edilmiş daha iki erməni hərbçinin meyitlərinin qalıqları tapılıb.

REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, onlar hərbi əməliyyatlar zamanı məhv ediliblər. Aşkarlanan qalıqların şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş və itkin düşmüş hərbçilərinin sayını gizlədir. Bununla yanaşı, Səhiyyə Nazirliyi də morqlarda saxlanılan və ekspertiza mərhələsində olan meyitlərin sayını ictimaiyyətdən gizli saxlayır.

Daha əvvəl bildirilib ki, Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 2-07-2021, 01:12