mobil versiya

Türk lirəsinin ucuzlaşması Azərbaycanda Türkiyə məhsullarının qiymətini artıracaq? - FOTO




Hazırda Türkiyədə milli valyuta olan lirə ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir. Ötən gün axşam saatlarında USD/TRY cütlüyünün qiyməti 13.46 həddinə çatıb. Bu səbəbdən də Türkiyədə bəzi super market və mağazalarda alıcılara təqdim edilən məhsulların satışına limit qoyulub. Sosial şəbəkələrdə bu görüntünü əks etdirən fotolar yer alıb.

Ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsinin illik həcmi milyardlarla dollar təşkil edir. Bura əsasən yüngül sənaye məhsulları, geyim və qida sənayesi məhsulları, o cümlədən xammal məqsədi ilə istifadə edilə bilən yarımfabrikatlar daxildir.

Bu dövriyyədə qida məhsullarının da kifayət qədər payının olması yerli alıcılarda narahatlıq yaradıb. Bəzi istehlakçılar lirənin ucuzlaşması fonunda Türkiyədən idxal olunan məhsulların qiymətində dəyişiklik olacağından və bunun da onların maddi rifahına təsir edəcəyindən ehtiyatlanırlar. Bəs görəsən naratlığa əsas varmı? Türk lirəsinin ucuzlaşması Azərbaycana idxal edilən məhsulların qiymətinə təsir edəcək? Təsir edəcəksə də bu istehlakçılıq qabiliyyətində hansı dəyişilliyi yaradacaq?

Məsələ ilə bağlı BAKU.WS-ə müsahibə verən iqtisadçı ekpert Rəşad Həsənov istehlaçıların narahtlığıan heç birə əsas olmadığını və Türkiyədən ölkəmizə idxal olunan məhsulların qiymətinin bahalaşmayacağını bildirib:

“Bunun Azərbaycanın aldığı məhsulların qiymətinə birbaşa təsiri olmayacaq. Çünki idxal prosesi pərakəndə satışdan fərqlidir. Yəni pərakəndə satış Türkiyənin milli valyutası ilə, ixrac isə xarici valyuta ilə tənzimlənir. TL-nin sürətlə dəyərsizləşməsi fonunda Azərbaycana idxal olunan məhsulların bahalaşmayacaq.

Türkiyədə bəzi məhsulların satışına mədudiyyətin qoyulmasının səbəbi milli valyutanı məzənnəsinin dəyişməsidir. Çünki bu növbəti partiya alınacaq məhsulların qiymətlərinə təsir göstərəcək. Pərakəndə satışla məşğul olanlar sahibkarlar qərar verə bilmirlər. Çünki onlar məhsullarını satacaqları qiymətdən daha baha qiymətə alacaqlar. Buna görə də onlar Türkiyə daxili bazarlarının ümümi qiymət reaksiyasını gözləyirlər. Amma ixracda məsələ fərqlidir. Çünki burada ticarət xarici valyuta ilə həyata keçirilir. Xarici valyuta isə lirəyə çevriləndə bu türk sahibkarlara sərf edir”.

Ekspert onu da qeyd edib ki, qısa müddətli dövr üçün Azərbyacana gətirilən türk məhsullarında az da olsa qiymət azalması gözlənilə bilərdi. Əgər ölkə bazarı bu istiqmətdə liberal olsa və oyunçuların sayı çox olub inhisarçılıq zəif olsaydı.

Qeyd edək ki, bu il ölkəmizin Türkiyə ilə illik ticarət dövriyyəsi 3,248 milyard ABŞ dolları təşkil edib. Bunu 60%-i Azərbaycandan Türkiyəyə ixracdır. 1,5-1,8 milayrdı isə Türkiyədən Azərbaycana idxaldır.




SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-11-2021, 12:00