mobil versiya

Azərbaycanda məktəbdə elektrik enerjisi kəsildi - DƏRSLƏR TƏXİRƏ SALINDI - YENİLƏNİB




Gəncədə elektrik enerjisinin verilişinə görə dərslər dayandırılan Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbə enerji verilişi bərpa olunub.

BAKU.WS-in yerli bürosunun məlumatına görə, bu haqda Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.

Onun sözlərinə görə, hazırda məktəb elektrik enerjisi ilə təmin edilir:

"Məktəbə elektrik enerjisi verilən yarımstansiyada yaranan nasazlıq aradan qaldırılıb, təmir işləri aparılıb və elektrik enerjisinin verilişi bərpa olunub. Sözsüz ki, şagirdləri bu gün məktəbə qaytarmaq mümkün olmadığından sözügedən məktəbdə tədris bu gün dayandırılıb, sabahdan tədris yenidən bərpa ediləcək".

*** 10:00

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə dərslər təxirə salınıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, buna səbəb məktəbdə elektrik enerjisinin kəsilməsidir.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev məsələ ilə bağlı saytımıza bildirib ki, məktəbə gələn elektrik xəttində nasazlıq yaranıb. Alternativ elektrik xətti olmadığı üçün dərslər bir günlük təxirə salınıb:

"Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir".
SON XƏBƏR / KARUSEL
Tarix: 22-12-2021, 18:00