mobil versiya

Maska qadağası aradan qaldırılır? - AÇIQLAMA




"Buster doza vurulduqdan sonra vaksin sertifikatı müddətsiz olur. Ola bilsin ki, gələcəkdə bu dozanın tətbiqindən sonra da hansısa müddətli  məhdudiyyətlər tətbiq edilsin. Amma hazırda müddətsizdir. Bu gün bütün dünyada sürətlə yayılan COVID-19 növünün mövcud olduğu dövrdə tibbi maskalardan istifadə ilə bağlı qadağaların aradan qaldırılması gündəmdə deyil. Tam əksinə maskadan istifadə önəmlidir”.

REPORTYOR.AZ xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə maska qadağası ilə bağlı verilən sualı cavablandırarkən deyib.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 29-12-2021, 15:00