mobil versiya

Şahmar Mövsümov karantinin sərtləşdirilməsi ehtimalından danışdı




“Bu gün hər hansı bir sərtləşməyə, əlavə məhdudiyyətlərə getməyə ehtiyac yoxdur”.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bizim səhiyyənin kifayət qədər imkanları var. Hazırda xəstələnənlərin öhdəsindən gələ bilirik. Lakin bu, o demək deyil ki, əgər səhiyyə sistemi ciddi təzyiq altına düşərsə, biz məhdudiyyətlərə getməyəcəyik”, - deyə Şahmar Mövsümov bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-08-2021, 14:30